
Az.shafaqna.com xəbər verir ki, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Elmi Şurası Ayətullahül-Üzma Seyyid Əli Hüseyni Sistaninin həyat yoldaşının vəfatı münasibətilə başsağlığı bəyanatı yayıb.
Bəyanatda deyilir:
“Böyük Mərcəi Təqlid Ayətullahül-Üzma Seyyid Əli Hüseyni Sistaniyə
Mütəal Allahın iradəsi ilə, Ayətullahül-Üzma Seyyid Əli Hüseyni Sistaninin möhtərəm həyat yoldaşı fani dünyadan əbədiyyətə köçmüşdür. Bu xəbər bizi dərin hüznə qərq etdi.
Bu mübarək xanım, ömrünü iman, fədakarlıq və sədaqət üzərində qurmuş, böyük mərcəi təqlidimizin yanında ruhani bir dayağa çevrilmişdir. Günümüzdə onun səssiz xidmətləri, səbirli duruşu və mənəvi dəstəyi bütün möminə xanımların həyatına bir örnək sayıla bilər.
Bütün Gürcüstan Müsəlmanları İdarəsi adından bu ağır itki münasibətilə Ayətullah Sistani həzrətlərinə, övladlarına və bütün yaxınlarına dərin hüznlə başsağlığı verir, Mütəal Allahdan mərhuməni Öz rəhmətinə qərq etməsini, onu Əhli-Beyt (ə) xanımları ilə birgə qərar verməsini, ailəsinə isə səbir diləyirik.
Allah rəhmət eləsin. Ruhu şad, məqamı uca olsun.
BGMİ Şeyxi və Elmi Şurası,
Tbilisi, 2025″






























