Qırğızıstan prezidenti növbədənkənar parlament seçkilərinin vaxtını təyin etdi

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Qırğızıstan Prezidenti Sadır Japarov növbədənkənar parlament seçkilərinin tarixini 2025-ci il noyabrın 30-na təyin edib.

Bu barədə Qırğızıstan prezidentin mətbuat xidməti məlumat verib.

“Prezident Sadır Japarov parlamentin deputatları üçün növbədənkənar seçkilərin tarixini 2025-ci il noyabrın 30-na təyin edib”, – məlumatda deyilir.

Qeyd edək ki, ötən cümə axşamı Qırğızıstan parlamentinin üzvləri yekdilliklə məclisin buraxılmasına səs veriblər.

Bu məqaləni paylaş