Avropa İttifaqı İrana qarşı sanksiyaları bərpa edib

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Avropa İttifaqı Birləşmiş Millətlər Təşkilatının (BMT) İranın nüvə proqramı ilə əlaqədar sanksiyaları bərpa etməsi qərarından sonra, özünün də oxşar tədbirlərə qoşulacağını açıqlayıb. Qərb liderləri isə sanksiyaların yenidən tətbiqinə baxmayaraq, diplomatik kanalların açıq qalacağını vurğulayıblar.

BMT həftəsonu Qərb dövlətlərinin 2015-ci il nüvə sazişi çərçivəsində nəzərdə tutulan “geri dönüş mexanizmini” işə salmasının ardından bu qərarı qəbul edib.

Qeyd edək ki, 27 üzvlü blok tərəfindən tətbiq olunacaq sanksiyalar, İranın nüvə və ballistik raket fəaliyyəti ilə bağlı əməliyyatları qadağan edən BMT tədbirlərini əhatə edir. Bununla yanaşı, İran Mərkəzi Bankının aktivlərinin dondurulması kimi maliyyə məhdudiyyətlərini də özündə birləşdirir.

Rəsmi Tehran öz növbəsində BMT sanksiyalarının yenidən qüvvəyə minməsini “ədalətsiz” adlandıraraq bu qərarı pisləyib.

Bu məqaləni paylaş