Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Əfqanıstanın Loqar əyalətində ordu ilə “Taliban” terror təşkilatı arasında toqquşma baş verib.

Polis rəsmisinin məlumatına görə, hadisə ötən gün axşam baş verib.

Terrorçular Əhmədzay Kala sahəsində təhlükəsizlik postlarına hücum edib.

Şiddətli toqquşmalar nəticəsində 12 hərbçi həyatını itirib, 2-si isə yaralanıb.

Qeyd edilir ki, döyüşlər zamanı 10 terrorçu da məhv edilib.