Azərbaycanda koronavirusa yoluxanların cəmi 3.23 faizi aktiv xəstədir

Azərbaycanda son sutkada koronavirusa 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə “Az.shafaqna.com”-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 12 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib. Hazırda 7 367 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 991, bu günə qədər isə ümumilikdə 2 336 498 test icra olunub.

Qeyd edək ki, ümumi yoluxanların  95.43 faizi sağalıb və aktiv xəstə sayı 3.23 faizdir.

Bu məqaləni paylaş