Az.shafaqna.com “Russia Today”-ə istinadən xəbər verir ki, 17 iyulda Rusiya ordusunda gözlənilməz yoxlama başlayıb.

Bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Yoxlama Cənub və Qərb hərbi dairələrində, mərkəzi tabeliyin ayrı-ayrı birləşmələrində, hava-desant qüvvələri və dəniz piyadalarında keçirilir.

Nəzarət tədbirlərinin keçirildiyi gözlənilməz yoxlama 2020-ci il 21 iyulda bitəcək”, – deyə qeyd edilir.