
Az.shafaqna.com “Mehr News”-ə istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Ordusu (Sepah) bu gün Şirazda terror dəstəsini zərərsizləşdirib.
“Xalq Mücahidləri Təşkilatı” terror təşkilatı ilə əlaqəli şəxslərin hamısı həbs edilib.
Həmçinin Sepah elan edib ki, ötən gün axşam İranın Kürdüstan əyalətində terror hücumu nəticəsində iki nəfər həyatını itirib.
Qeyd edək ki, İranda XMT təşkilatı “Xalq Münafiqləri Təşkilatı” adlandırılır.






























