
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyi ölkənin bütün regionlarına böyük həcmdə qrip əleyhinə vaksin tədarük etməyi planlaşdırır.
Bu haqda Rusiya səhiyyə naziri Mixail Muraşko bildirib.
“Biz bu il bütün regionlara qrip əleyhinə vaksinin böyük tədarükünü planlaşdırırıq. Bütün sifariş bölüşdürülüb”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, qripə tutulmanın artma dövrü və koronavirus dövrünün davamının üstüstə düşməməsi mühümdür.
O deyib ki, qripə qarşı vaksinləmə COVID-19-un ağırlaşmış hallarının azalması üçün əsas faktordur.






























