© РИА Новости

Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Xabarovsk şəhərində terror aktının qarşısını alıb.

Qeyd edilir ki, içərisində yandırıcı maddələr olan butulkalar, soyuq silahlar və beynəlxalq terror təşkilatının bayrağı müsadirə edilib.

Mərkəzi Asiya respublikalarından birinin vətəndaşı tutulub”, – deyə qeyd edilib.

Bildirilir ki, 1988-ci il təvəllüdlü saxlanılan şəxs yandırıcı maddələrdən istifadə edərək insanların kütləvi toplaşdığı yerlərdə terror aktı törətmək istəyib.

Hazırda həmin şəxs həbs edilib.