Az.shafaqna.com “Lenta”-ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp adi həyatda antisemit təhiqlər və “nigger” sözündən istifadə edir.

Trampın qardaşı qızı əmisinin bu təhqirlərdən istifadə edib-etməməsinə dair sualın cavabında deyib: “Bəli, əlbəttə. Onun indi də nə qədər irqçilik etdiyini nəzərə alarsaq, bu, kimisə təəccübləndirməməlidir”.

Xatırladaq ki, Meri əmisi Tramp haqda “Olduqca çox və heç vaxt az: mənim ailə necə dünyanın ən təhlükəli adamını yaratdı” kitabını yazıb. İxtisasca psixoloq olan Meri bildirir ki, əmisi “dəlidir”.

O, bu kitabında Trampın universitetə daxil olmaq üçün etdiyi işi də ifşa edib.