Artıq bir həftədir ki, Gürcüstan-Rusiya sərhədinə gedən Mtsxeta – Lars yolu bütün növ nəqliyyat üçün bağlı olaraq qalır.
Az.shafaqna.com “Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, güclü qar yağması nəticəsində bağlanan yolun açılmasını gözləyən avtomobillər bir neçə kilometrlik tıxac yaradıblar.
Yolun təmizlənməsi üçün müvafiq texnika əraziyə gətirilsə də, işə başlamaq mümkün olmayıb. Buna səbəb isə qar uçqunu yaranması təhlükəsidir. Avtomobil Yolları Departamenti Ətraf Mühit milli agentliyin göstərişlərini gözləyir.
Qeyd edək ki, bəzi nəqliyyat vasitələri artıq 1 həftədir mənzil başına yetişə bilmirlər.
Bu məqaləni paylaş