
Almaniyadan olan 33 yaşlı xanım İslam dinini qəbul edib.
Az.shafaqna.com xəbər verir ki, alman xanım Məşhəd şəhərində İmam Rza (ə) hərəmində kəlmeyi-şəhadət gətirərək müsəlman olub.
O, həyatının yeni səhifəsini Məbəs bayramı günü açıb.
Daha öncə katolik xristian olan avropalı qadın uzun araşdırmalar və dərin təfəkkürlərin nəticəsində həqiqəti tapdığını bildrib.






























