
Az.shafaqna.com “Sputnik”-ə istinadən xəbər verir ki, ggər siz işdə olmağınıza baxmayaraq, qəlbiniz və cisminiz hələ yataqda yuxu vəziyyətindədirsə, çox güman ki, orqanizminiz normal dincələ bilməyib. Bir çoxları bu vəziyyətdə böyük miqdarda kofeinin köməyinə üz tutur, lakin başqa yol da var.
Bu haqda həkim-endokrinoloq, tibbi elmlər namizədi, Moskva Dövlət Universitetinin (MDU) elmi əməkdaşı Zuxra Pavlova danışıb.
“Daha effektiv və təhlükəsiz vasitə fiziki aktivlikdir: gəzinti, pilləkənlərlə mərtəbədən mərtəbəyə qısa qaçış, yedən çəkinmə, oturub-qalxma”, – deyə o bildirib.
O qeyd edir ki, səhərlər yuxululuğun dəf edilməsi üçün bəziləri kontrast (soyuq və isti su ilə) duş qəbul edir, daha sonra isə özlərini kofeinli içkilər vasitəsi ilə oyatmağa çalışırlar – çay, kofe və ya daha da pisi, fərqli energetik içkilərlə. Lakin Pavlova bu cür addımları, üstəlik də onları birləşdirməyi qətiyyən məsləhət görmür.
Onun sözlərinə görə, bu, böyrəküstü vəzilərin zəif işləməsinə səbəb olur, duş isə vəziyyəti ancaq pisləşdirir.
“Təmiz içməli su çox kömək edir. Əgər onu müntəzəm içsəniz, o, aktivlik səviyyəsini azaltmamağa imkan verir. Kifayət qədər su içkidən sonra tualetə getmək də ayılmağa kömək edir”, – deyə o bildirib.
Üstəlik Pavlova əmindir ki, bir çox hallarda yuxululuğun səbəbi insanın sadəcə gec yatmasında gizlənir ki, nəticədə də orqanizm normal dincəlməyə macal tapmır. Bu vəziyyətdə yuxu rejimini normallaşdırmaq tələb olunur və belə olduqca səhərlər formada olmaq üçün heç bir hiyləyə gərək qalmır.






























