2020-ci ilin yanvar ayında işğal altından azad olunan Cocuq-Mərcanlıya ilk marşrut xəttinin açılışı təmin edilib.

“Az.shafaqna.com” xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 2020-ci ilin hesabatında bildirilir.

Sənəddə həmçinin deyilir ki, işğaldan azad edilən şəhər və rayonlara marşrutların açılması üzrə pasportlar hazırlanaraq, daşıyıcıların müəyyən edilməsi üçün qanunauyğun müsabiqələrin keçirilməsinə dair hazırlıq işlərinin təşkil edilməsi ilə bağlı müvafiq əmr artıq hazırlanıb.

 

Əvvəlki məqaləHavanın kəskin dəyişməsi ilə bağlı “Azərişıq” gücləndirilmiş rejimə keçib
Növbəti məqalədəŞri-Lankada müsəlmanlara zülm: vəfat edənlər məcburi yandırılır