Az.shafaqna.com-un verdiyi xəbərə görə, Yəmənin “Ənsar Allah” hərəkatına mənsub husilər İsrail ərazisində dörd obyektə, o cümlədən Baş Qərargah binasına pilotsuz uçuş aparatları ilə hücum edib.

Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria “Al Masirah” telekanalının efirində bəyanat verib.

Onun sözlərinə əsasən, Ben-Qurion hava limanı, Aşdod dəniz limanı və Təl-Əvivdəki elektrik stansiyası da pilotsuz uçuş aparatlarının zərbələrinə məruz qalıb. Husilərin iddiasına əsasən, hücumlar “hədəflərinə uğurla çatıb”.