İngilislər öz ölkələri üçün vuruşmaq istəmir – SORĞU

Böyük Britaniya vətəndaşlarının yarısından çoxu müharibə dövründə öz ölkəsi üçün döyüşmək istəmir.

Az.shafaqna.com xəbər verir ki, buna krallıqda Birləşmiş Krallıq ərazisində keçirilmiş ictimai fikir sorğusunun nəticələri dəlalət edir.

Araşdırma göstərib ki, müharibə baş verəcəyi təqdirdə respondentlərin üçdə ikisi – 64%-i orduya qoşulmayacaqlarını bildirib.

Ordu sıralarına yazılaraq vuruşmağa hazır olanların sayı isə cəmi 6 faiz təşkil edib.

Sorğuda iştirak etmiş bütün yaş qruplarında səs çoxluğu silahlı qüvvələrə qoşulmaq istəməyənlərdədir.

Bu məqaləni paylaş