
Mənfi vərdişlər hər il Türkiyə iqtisadiyyatına 78 milyard dollar zərər vurur.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Türkiyə Yaşıl Cəmiyyəti məlumat yayıb.
Hesabatda tütün məmulatları, spirtli içkilər, narkotik maddələr və qumar olmaqla 4 əsas mənfi vərdişin iqtisadi zərərləri təqdim edilib.
Belə ki, aşağıda qeyd edilən mənfi vərdişləri hər il ölkə iqtisadiyyatına:
- Siqaret asılılığı – 24 milyard dollar;
- Spirtli içki asılılığı – 9 milyard dollar;
- Qumar asılılığı – 40 milyard dollar;
- Narkotik maddələrdən asılılıq – 5 milyard dollar ziyan vurur.
Qeyd edilib ki, Türkiyədə son 20 illdə siqaret satışının həcmi illik 108 milyard ədəddən 150 milyard ədədə çatıb ki, bu da 39%-lik artım deməkdir. Təbiətə atılan siqaret kötüklərinin həcmi 5 min zibil daşıyan maşın həcmindədir. Bu siqaret kötüklərinin bir qismi göl və dənizlərə atıldığı üçün onların zərərli təsirləri arasında 10 il davam edən su çirklənməsi və digər ekoloji fəsadlar var.
Siqaretlərin yerə atılması isə yanğınlara səbəb olur və yanğınların iqtisadiyyata vurduğu zərər isə 4 milyar dollara çatmaqdadır.
Bildirilib ki, bu 4 mənfi vərdişin vurduğu 78 milyard dollarlıq zərərin əvəzində ölkə miqyasında çox böyük işlər görülə bilər. Məsələn:
- 154 yeni şəhər xəstəxanası inşa etmək olar;
- 513 min ailəni mənzillə təmin etmək olar;
- 18 milyon tələbəyə planşet hədiyyə etmək olar və onların illik təhsil xərclərinə dəstək vermək olar;
- 15 mim km uzunluğunda yüksək sürətli qatar şəbəkəsi qurmaq olar;
- 40 milyon ev təsərrüfatını elektriklə təmin etmək olar;
- 50 min texnoloji startap və layihəsinə dəstək vermək olar;
- 1 000 qədimi şəhər, müzey və tarixi sahəni, abidəni bərpa etmə olar.






























