Az.shafaqna.com “BelTA”-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko prezidenti olmaq istəyən namizədlərlə bağlı konstitusiyaya dəyişikliyin edilərək orduda xidmət tələbinin əlavə edilməsini təklif edib.

O, necə bir baş komandandır ki, ordunun nə olduğunu bilmir. Ağzı açıq gəzəcək, sənsə onun başını aldadacaqsan. DST (Draqunov snayper tüfəngi) deyəcəksən, o isə, elə biləcək ki, tankdır”, -deyə o qeyd edib.

Orduda xidmət etməmisənsə, deməli, sən orada (prezident vəzifəsində) olmamalısan”, – deyə o əlavə edib.