Polşanın keçmiş səhiyyə naziri Adam Nedzelski (2020-2023) fiziki zorakılığa məruz qalıb.

Az.shafaqna.com xəbər verir ki, 2 nəfər kişi ölkənin şərqində yerləşən Sedltse şəhərinin mərkəzində eks-nazirə hücum edərək onu döyüblər.

Onlar keçmiş məmuru döyərkən yüksək səslə onun COVID-19 pandemiyası zamanı qəbul etdiyi qərarlarını tənqid ediblər.

Nedzelski xəstəxanaya aparılaraq diaqnostik müayinə olunub, daha sonra isə evə buraxılıb. Onun həyatı üçün təhlükənin olmadığı bildirilib.

Xatırladaq ki, o, nazir olan zaman pandemiya ilə bağlı sərt məhdudiyyətlər və karantin tədbirləri tətbiq edib.