Bunu İranın Səhiyyə naziri Səid Nəməki bu haqda bildirib.

Az.shafaqna.com rasthaber istinadən bildirir ki, İranın Səhiyyə naziri Səid Nəməki COVID-19 xəstəliyi dərmanının istehsalı üzrə 57 araşdırma qrupunun fəaliyyətindən danışıb.

“Beynəlxalq araşdırmalar sahəsində İran son dərəcə fəal ölkələrdən biri kimi araşdırma halları və nəticələrinin çox yüksək sayı ilə iştirak edir.”, -deyə iranlı nazir bildirib.

İranın səhiyyə naziri sözlərinə belə davam edib: “Xoşbəxtlikdən, heyvan modellərində yaxşı nəticələr əldə olunub və tezliklə iranlı tədqiqatçıların düzəltdikləri vaksinalar insanlar üzərində sınaqdan keçiriləcək”.