(KT file photo)

Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, BƏƏ mühəndislərinin yaratdığı N-IIA daşıyıcı-raketi kosmik zondla birlikdə kosmosa göndəriləcək.

Buraxılış Yaponiyanın Taneqasima adasından 20 iyulda həyata keçiriləcək.

BƏƏ Kosmik Agentliyinin və Məhəmməd bin Raşid adına Kosmik Mərkəzin məlumatına görə, raket BƏƏ vaxtı ilə 01:58-də buraxılacaq.

“Əl-Əmal” zondunun buraxılışı ilkin olaraq 15 iyula planlaşdırılsa da, Yaponiya adasındakı qeyri-münasib hava şəraitinə görə dəyişdirilib.