HƏMAS: İsraillə mübarizədə Suriyanın yanındayıq

HƏMAS liderlərindən olam Mahmud Zahar müqavimətin terrorçu İsraillə mübarizə məsələsində mövqeyini əsla dəyişmədiyini və daim Suriyanın yanında yer aldığını bəyan edib.

Az.shafaqna.com “Əl-Məyadinə”ə istinadla xəbər verir ki, Zahar heç bir təzyiqin və qüvvənin HƏMASı qəsbkar İsrail rejimi ilə mübarizədən çəkindirə bilməyəcəyini vurğulayıb.

O həmçinin HƏMASın Fələstində milli vəhdətə dəstək verdiyini önə çəkərək, müqavimətin məhz bu vəhdətə güvəndiyini, eyni zamanda Qəzza zolağında vəziyyətin yaxşılaşacağına ümid etdiyini deyib.

Bu məqaləni paylaş