Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, ABŞ-ın Kubaya qarşı yeni sanksiyaları qeyri-qanunidir.

Bu barədə Kuba xarici işlər naziri Bruno Rodriqes bəyan edib.

“Kuba fiziki və hüquq şəxslərinin Tramp administrasiyası tərəfindən birtərəfli və qeyri-qanuni siyahılarına daxil edilməsini pisləyirəm”, – deyə o qeyd edib və ABŞ-ın bu qərarını Kubaya qarşı “məcburedici tədbir” kimi qiymətləndirib.

Onun sözlərinə görə, Kubanı təcrid etmək cəhdlərinin arxasında özündən sonra xarici siyasətdə təcrid və məğlubiyyət qoyub gedən bir rejim  – Donald Tramp durur.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Kuba Daxili İşlər Nazirliyi və adıçəkilən qurumun başçısı Lasaro Alberto Alvares Kasası sanskiya siyahısına daxil edib.