
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası bu gün qurultay keçirəcək.
Tədbir zamanı partiyaya yeni sədr seçiləcək və siyasi şura yenilənəcək.
Qeyd edək ki, partiyanın siyasi şurasının qərarı ilə, partiya sədrliyinə İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb və yenilənmiş siyasi şuraya 21 namizəddən ibarət siyahı təsdiq edilib.
Bugünkü toplanış zamanı partiyanın icraçı və baş katibləri də seçiləcək.
Bildirilir ki, baş katib yenə Kaxa Kaladze olacaq, icraçı katib vəzifəsində İrakli Kobaxidzenin kimin əvəz edəcəyi isə hələ ki, açıqlanmır.
Xatırladaq ki, 11 yanvardan “Gürcü Arzusu”-nun qurucusu Bidzina İvanişvili siyasətdən getdiyini elan edib və bundan sonra partiya üçün yeni sədrin seçilməsi zərurəti yaranıb.
İvanişvili bugünkü qurultayın işində iştirak etməyəcək.
Qurultay 14:00-da “Ekspo Gürcüstan” sərgi mərkəzində başlayacaq və pandemiya səbəbi orada ölkənin fərqli-fərqli yerlərindən olan 400 nümayəndə iştirak edəcək.






























