Az.shafaqna.com “İnterfaks”-a istinadən xəbər verir ki, demək olar ki, bütün marka neftlərin qiyməti yenidən düşür.

“Brent” neftinin sentyabr fyüçerslərinin 1 barel üçün qiyməti 0,35% düşərək 43,22 dollar olub.

WTI neftinin fyüçersləri isə 0,22%-lik enişlər 40,66 dollar olub.

“AxiCorp” mütəxəssisləri ehtimal edir ki, qiymətin düşməsi koronavirus pandemiyasının mümkün mənfi təsiri və ABŞ-da neft hasilatının potensial artımı ilə bağlı əndişəyə görədir.