Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Avqustun 7-də qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 7-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 5 tüfəng, 1 patron darağı və 31 ədəd patron aşkar edilərək götürülüb.

Qeyd edək ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu məqaləni paylaş