
Azərbaycanın Tovuz rayonu istiqamətində şəhid olan polkovnik İlqar Mirzəyevin xatirəsi doğulduğu Gürcüstanın Qardabani rayonunun Tbilitskaro (İstisu) kəndində anılıb.
Az.shafaqna.com xəbər verir ki, kənddə şəhidin ruhuna ehsan süfrəsi təşkil olunub.
Kənd sakinlərinin təşəbbüsü ilə keçirilən mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşesi polkovnik-leytenant Fuad İbrahimov, Gürcüstan Parlamentinin bəzi Azərbaycan dilli millət vəkilləri, siyasi partiya nümayəndələri, ilahiyyatçılar, ağsaqallar, şairlər, yazıçılar və əhali iştirak edib.
Geniş Reportaj üçün KEÇİD
























