Litva hökuməti istefa verdi

Litva hökuməti istefaya getmək qərarı verib. Bu barədə qərar bu gün keçirilən iclas zamanı qəbul olunub.

Az.shafaqna.com xəbər verir ki, bu barədə baş nazir Gitanas Palutskas bildirib.

Yalnız özü istefa verir, digər nazirlər isə yeni hökumət qurulana qədər vəzifələrini icra etməyə davam edəcəklər.

O, çıxışının sonunda kabinet üzvlərinə təşəkkür edərək vurğulayıb:

“19-cu hökumət dövründə çox iş gördük. Düşünürəm ki, fəaliyyətimizdə utancverici heç bir məqam olmayıb. Sizinlə işləmək mənim üçün böyük şərəf idi”.

Qeyd edək ki, Palutskas son vaxtlar bəzi şübhəli maliyyə əməliyyatları ilə bağlı gündəmə gəlib. Bu səbəbdən müxalifət onun vəzifədən uzaqlaşdırılması üçün impiçment prosesinə başlamaq niyyətində olduğunu açıqlayıb.

Bu məqaləni paylaş