
Rusiyada pasiyentlər yaxın aylarda fərdiləşdirilmiş yeni onkoloji vaksinlər əldə edə biləcəklər.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Rusiya Milli Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktoru Aleksandr Qinsburq bildirib.
O deyib ki, söhbət melanomadan əziyyət çəkən onkoloji xəstələr qrupundan gedir. Səhiyyə Nazirliyinin razılığı ilə onlar üçün eksperimental rejimdə neoantigenlərin əsasında hazırlanmış xərçəng əleyhinə vaksin vurulacaq.
Qeyd edilib ki, hər bir vaksin fərdiləşdirilmiş olacaq, yəni konkret xəstənin şəxsi-genetik məlumatları əsasında hazırlanacaq və həmin vaksin yalnız həmin şəxs üçün istifadə edilə biləcək.
Mütəxəssis əlavə edib ki, yeni vaksin digər ölkələrin də marağına səbəb olub; artıq ümumilikdə bununla bağlı xaricdən 10-a yaxın məktuk daxil olub.





























