Az.shafaqna.com xəbər verir ki, İraqın tanınmış nəşriyyatı “Ədnan Nəşriyyat Evi və Kitabxanası” tərəfindən yeni kitab işıq üzü görüb. “Siyasi realizmin ustadı: Ayətullah Sistaninin siyasi metoduna baxış” adlı bu əsərin müəllifi tədqiqatçı Firas Tariq Məkiyyədir. Kitab 512 səhifədən ibarətdir və 2003-cü ildən sonrakı İraq təcrübəsi fonunda Sistaninin siyasi yanaşmalarını təhlil edir.

Müəllif əsəri haqqında deyir:

“Bu səhifələr Sistani necədirsə o deyil, mənim onu necə başa düşdüyümdür. Bu, onun siyasi düşüncəsi deyil, mənim onun metoduna İraq təcrübəsi prizmasından baxışımdır. Məqsədim bu zəngin təcrübəni unudulmaqdan xilas etmək və şiə düşüncəsini real problemlərlə üzləşən bir idarəetmə modeli qurmağa təşviq etməkdir.”

Kitabın məzmun strukturu:

Əsər 7 əsas bölmədən ibarətdir:

  1. Dövlət – Qanunun aliliyi, ictimai mülkiyyətin qorunması və güc monopoliyası.
  2.  Dövlətin legitimliyi – Suverenlik, öz müqəddəratını təyinetmə, demokratiya prinsipləri və qadın hüquqları.
  3. Dövlət kimliyi – Milli və dini kimlik, şiə və ərəb mövqeyi.
  4. Sülh içində birgəyaşayış – Vətəndaş müharibəsi dövrü və keçid ədaləti.
  5. Siyasi azadlıqlar və hüquqlar – Fərdi azadlıqların qorunması.
  6. Ali dini rəhbərlik (mərcəiyyət) – Totalitar sistemlərdən qalan miras, təmkinli mərcəiyyət və İranla münasibətlər.
  7. Siyasi realizmin ustadı – Sistaninin siyasi nəzəriyyəsi və metodoloji yanaşması.