Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.
“Az.shafaqna.com” xəbər verir ki, sonra Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.
***
Prezident İlham Əliyev bildirib ki, bu il Füzuli beynəlxalq hava limanı istifadəyə verilməlidir:
“Füzuli beynəlxalq hava limanının təməlini qoyduq. Bu il Füzuli beynəlxalq hava limanı istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir ki, bu ildən başlayaraq, xarici vətəndaşlar və xaricdə yaşayan azərbaycanlılar Şuşaya təyyarə ilə rahat gələ bilərlər. Bununla paralel olaraq, göstəriş verildi ki, Füzuli beynəlxalq hava limanından beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində də işlərə start verilsin. Eyni zamanda, Azərbaycanın digər şəhərlərindən Şuşaya getmək üçün bura gəlib, buradan rahat gedə bilərlər. Lənkərandan, Naxçıvandan, Gəncədən, digər şəhərlərimizdən… İndi isə istiqamət Şuşa şəhəridir və yol boyunca əlavə məlumat veriləcəkdir”.
https://youtu.be/wRtt0oXN96Y