Cənubi Koreyada təbii fəlakət: Çox sayda ölən var

Güclü yağışlar və daşqınlar nəticəsində Cənubi Koreyada 23 nəfər həlak olub, daha beş nəfər isə itkin düşmüş sayılır.

Az.shafaqna.com xəbər verir ki, bu barədə ölkənin İdarəetmə və Təhlükəsizlik Nazirliyinin məlumatına istinadən xəbər verilir.

Qeyd olunur ki, ən çox insan tələfatı Kyonqsan-Namdo (Gyeongsangnam-do) vilayətində qeydə alınıb – 13 nəfər. Kyonqido (Gyeonggi-do) vilayətində 6 nəfər, Çxunçxon-Namdo (Chungcheongnam-do) vilayətində 3 nəfər və Kvanju (Gwangju) şəhərində 1 nəfər həyatını itirib.

Kapxen (Gapyeong) bölgəsində isə 3 nəfər itkin düşüb; onların güclü çay axını ilə sürükləndiyi ehtimal edilir.

Bundan əlavə, leysan yağışlar və daşqınların nəticəsində 2,200-dən çox insan evlərinə qayıda bilmir.

Bu məqaləni paylaş