Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, NATO missiyası çərçivəsində Əfqanıstanda xidmət edən daha 10 Gürcüstan hərbçisi koronavirusa yoluxduğuna görə bu gün xüsusi reyslə Tbilisiyə gətiriləcək.

Bu haqda Gürcüstan Müdafiə Nazirliyi bildirib.

Bu, yoluxan ikinci dəstədir. 10 iyulda da 28 yoluxmuş hərbçi Gürcüstana qaytarılmışdı. Onlar hazırda müalicə alırlar.

Digər hərbçilərin sağlamlıq vəziyyəti qənaətbəxşdir. İnfeksiya ağırlaşma və şikayət olmadan keçir. Yoluxma mənbəyi yerli əfqanıstanlı personaldır”, – deyə qeyd edilib.

Əlavə edilir ki, Əfqanıstandakı digər gürcüstanlı hərbçilərdə yoluxma qeydə alınmayıb.