Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Pakistan BMT Təhlükəsizlik Şurasını (TŞ) Hindistandan olan radikal qruplaşmaları terror strukturları siyahısına daxil etməyə səsləyir.

Bu cür çağırışla Pakistanın BMT-dəki daimi nümayəndəsi Munir Əkrəm çıxış edib.

Onun sözlərinə görə, söhbət ilk növbədə Hindistanın hərbiləşdirilmiş millətçi təşkilatından – “Rashtriya Swayamsevak Sangh” (RSS) gedir.

RSS – silahlı induist millətçi təşkilatıdır.

Əkrəm qeyd edib ki, RSS da daxil olmaqla, radikal strukturlar regional və beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükə mənbəyidir.

O əlavə edib ki, Cənubi Asiyada radikallaşmanın qarşısının alınması üçün təcili addımlar atmaq lazımdır.

Pakistanlı rəsmi BMT TŞ üzvlərinə müraciət edərək sözügedən qrupların fəaliyyətlərini “terro fəaliyyəti” kimi səciyyələndirmək və onları İŞİD və “əl-Qaidə” ilə eyni cərgədə görməyi istəyib.

 

Əvvəlki məqaləÖtən il Azərbaycan vətəndaşlığı verilən şəxslərin sayı açıqlandı
Növbəti məqalədəKarantini pozan çayxana sahibi cərimələndi