Çox sayda avtomat, tapança, qumbara aşkarlanıb

İyunun 27-də qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.

Az.shafaqna.com xəbər verir ki, iyunun 27-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 3 tapança, 8 qumbara, 5 alışdırıcı, 10 tüfəng, 17 patron darağı və 654 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Qeyd edək ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu məqaləni paylaş