
Az.shafqna.com 1TV-a istinadən xəbər verir ki, Avropa İttifaqı sərhədlərin açılması üçün təhlükəsiz ölkələr siyahısını yeniləyib.
Yeni siyahı daha qısa olub və 12 ölkədən ibarətdir: Serbiya və Çernoqoriya həmin siyahıdan çıxarılıb.
Avropa İttifaqı ölkələrinə Əlcəzair, Avstraliya, Kanada, Gürcüstan, Yaponiya, Mərakeş, Yeni Zelandiya, Ruanda, Cənubi Koreya, Tayland, Tunis və Uruqvayla sərhədləri açmaq məsləhət görülür.
Çin də təhlükəsiz ölkələr siyahısına daxildir, lakin Çinlə əlaqə Çin özü Aİ ilə öz sərhədlərini açdıqdan sonra bərpa ediləcək.
Gürcüstan da, öz növbəsində, 8 iyuldan bir neçə Aİ ölkəsi üçün öz sərhədlərini açıb: Almaniya, Fransa, Latviya, Litva və Estoniya. Hazırda bu ölkələr ilə çarter və daimi reyslərin başladılmasına dair danışıqlar gedir.






























