
Az.shafaqna.com: Şeyx Vəhid Xorasani 1 dekabr 1921 (hicri-şəmsi 1300-cü) ildə Məşhəd şəhərində doğulmuşdur.
Müqəddimə və ədəbiyyat dərslərini Ayətullah Nəhavəndidən, məntiq və fəlsəfə dərslərini isə Mirzə Əbül-Qasım İlahi və Mirzə Mehdi İsfahanidən almışdır.
Daha sonra isə Ayətullah Mehdi İsfahani və Ayətullah Əştiyarinin xaric dərslərinə qatılmışdır.
27 yaşında ikən təhsilini davam etdirmək üçün Nəcəfi-əşrəfə yola düşmüşdür.
Ayətullah Əbdül-Hadi Şirazi və Ayətullah Xoyinin dərslərinə qatıldı, o həzrətin seçilmiş tələbələrindən olmuşdur.
İllərlə üsul və fiqh dərslərinin təlimi və tədrisi ilə məşğul olduqdan sonra, Nəcəfdə 12 il xaric dərsləri vermişdir.
İrana qayıtdıqdan sonra Məşhəd şəhərində tədrislə məşğul olmuşdur.
1 il sonra Qum şəhərinə getmişdir.
Hal-hazırda üsul və fiqh dərslərinin ali səviyyədə tədrisi ilə məşğuldur.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani dövrümüzün əzəmətli mərcəi fəqihlərindən biridir.
İranda, İraqda, Azərbaycanda və bir çox qərb ölkələrində müqəllidləri vardır.
Ustadın “Tovzihul-məsail” risaləsi Azərbaycan dilinə tərcümə olunmuşdur.






























