Az.shafaqna.com “TOLO News”-ə istinadən xəbər verir ki, Pakistan ordusu Əfqanıstanın şərqindəki Kunar əyalətini minaatanlardan atəşə tutub.

Nəticədə 8 sakin həyatını itirib, 11-i isə yaralanıb.

Əfqanıstan tərəfinin məlumatına görə, Pakistan hərbçiləri Sarkano dairəsində yeni nəzarət-keçid məntəqələri quraşdırmağa çalışıb, lakin Əfqanıstan ordusu buna mane olub ki, nəticədə də atəş açılıb.

Pakistan SQ vertolyotlardan gəliblər və onlar nəzarət-keçid məntəqələri yaratmaq niyyətində idilər, bizim təhlükəsizlik qüvvələrimiz buna yol vermədilər, daha sonra isə toqquşma baş verdi”, – deyə Əfqanıstanın Dina əyalət şurasının üzvü Məhəmməd Səfai bildirib.

Atışma zamanı bir neçə əfqanıstanlı hərbçi həlak olub və bir neçə Əfqanıstan nəzarət-keçid məntəqəsi məhv edilib.