ABŞ səfirini öldürməyi planlaşdıran terrorçu saxlanıldı

Əfqanıstanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Kabildə İŞİD terror qruplaşmasının üzvünü həbs ediblər.

Az.shafaqna.com “Pajhwok” agentliyinə istinadla xəbər verir ki, terrorçu ABŞ-ın Əfqanıstandakı səfirini qətlə yetirməyi planlaşdırırmış

Bildirilir, Əbdül Vahid adlı terrorçu, həmçinin onun 3 köməkçisi ölkənin şərqində saxlanılıblar.

Əfqanıstanın hüquq mühafizə orqanlarından verilən məlumata görə, terrorçular daha bir neçə yüksək rütbəli məmuru öldürmək niyyətində olublar.

Bu məqaləni paylaş