Az.shafaqna.com-un verdiyi xəbərə görə, İran paytaxtı Tehranda metro və avtobuslar 1 həftə müddətinə pulsuz xidmət göstərəcək.
İran KİV-in məlumatına əsasən, bununla əlaqədar Tehran Şəhər Şurası bu gün qərar verib.
Qərara əsasən, həmçinin Tehran şəhərində izdihamlı küçələrə avtomobillərin girişinə məhdudiyyət tətbiq olunmayacaq.
Vətəndaşlar həmin izdihamlı küçələrə avtomobillə daxil olduğu halda əlavə xərc və yaxud cərimə ödəməyəcək.
Bu məqaləni paylaş
