İran “Dəmir Qübbə” və “Arovv”u sıradan çıxarmaq üçün PUA-ları işə saldı

Az.shafaqna.com xəbər verir ki, İran həmçinin İraq ərazisindən İsrail istiqamətində yüzlərlə pilotsuz uçuş aparatı (PUA) buraxılıb. İran mediası xəbər verir ki, “Şahid” tipli PUA-ların əsas məqsədi İsrailin hava müdafiə sistemini (xüsusilə Dəmir Qübbə və Arovv) zəiflətmək və onu təzyiq altında saxlamaqdır.

İsrail ordusunun sözçüsü bildirib ki, son saatlarda 100-dən çox dron İran tərəfindən İsrailə doğru göndərilib və ölkənin hava hücumundan müdafiə sistemləri onların qarşısını almaq üçün aktivləşdirilib.

İsrail mediası isə İran və İraqdan ümumilikdə 200-dən çox PUA-nın havaya qalxdığını və onların bir qisminin artıq Suriyada vurulduğunu açıqlayıb. Proqnozlara görə, ilk dronlar səhər saat 10:00-a yaxın işğal altındakı ərazilərin hava məkanına daxil olmalı idi.

Hadisə fonunda İsrail baş naziri Benyamin Netanyahu təhlükəsiz bir sığınacağa yerləşdirilib, onun təyyarəsi İsraildən çıxarılsa da, özü hələ də ölkə daxilində qalır.

İsrail mediası sakinlərə xəbərdarlıq edərək bildirib ki, İran ciddi və sərt bir zərbə endirə bilər. Qeyd olunur ki, əvvəlki iki hücumda əsasən hərbi və strateji obyektlər hədəfə alınıb.

Digər tərəfdən, İran İslam Respublikasının Ali Lideri Ayətullah Əli Xamenei xalqa müraciətində bildirib ki, İsrailin İrana qarşı hücumu özünə acı və ağır nəticələr hazırlayıb və bu nəticələr qaçılmaz olacaq.

Bu məqaləni paylaş