Turnava Gürcüstanın avroya keçidindən danışıb

Gürcüstanın Vahid Avro Ödənişlər Zonasına (VAÖZ, SEPA) daxil olması üçün olan tələblərin əsas hissəsi yerinə yetirilib.

Az.shafaqna.com “Sputnik Georgia”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının (GMB) prezidenti Natiya Turnava bildirib.

GMB 2022-ci ildə SEPA-ya üzvlük üçün ərizə verib. VAÖZ – fərqli ölkələrin daxili və beynəlxalq ödənişlər arasındakı fərqliliklərin tamamilə aradan qaldırıldığı və yerinə avronun tətbiq edildiyi vahid “ev” bazarı olan zonadır.

Turnava deyib ki, Gürcüstan tərəfi prosesi sürətləndirmək üçün hər bir şeyi edir.

SEPA-nın məqsədi avro ilə olan elektron ödənişlərin harmonizasiyası və bütün Avropada vahid və standartlaşdırılmış ödənişlər sisteminin yaradılmasıdır.

O, iştirakçı ölkələr arasındakı texniki, hüquqi və bazar baryerlərini ləğv edir.

Bu məqaləni paylaş