Az.shafaqna.com “Forbes”-ə istinadə xəbər verir ki, ABŞ SSRİ silahlarının və ona lazım olan döyüş sursatlarının istehsalına başlamaq niyyətindədir.

ABŞ hərbçiləri 2022-2026-cı illəri əhatə edən müddət üçün müvafiq müqavilə bağlamaq istəyir.

Xüsusilə də, söhbət tankəleyhinə idarəedilən raketlər, Kalaşnikov avtomatları, RPQ qumbaraları və digər döyüş sursatlarından gedir.

ABŞ həmin silahları Yaxın Şərqdəki müttəfiqlərinə və Afrikaya satmaq istəyir.

Bu ideya Rusiyaya qoyulan sanksiyalar səbəbilə Sovet silahlarının satışının çətinləşməsinə görə yaranıb. Bundan başqa, müasir ABŞ silahlarının qulluğu olduqca baha başa gəlir.