
Rusiyanın Sibir bölgəsində yerləşən ən böyük şəhər olan Krasnoyarskın meri Vladislav Loginov saxlanılıb.
Az.shafaqna.com xəbər verir ki, yerli mediada yayılan məlumatlara görə, hüquq-mühafizə orqanları Loginovu rüşvət almaqda şübhəli bilərək həbs ediblər. Onun saxlanmasından dərhal sonra şəhər administrasiyasında axtarışlar aparılıb.
Məlumata əsasən, Loginovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün o, Moskvaya göndəriləcək.
Qeyd edək ki, Krasnoyarsk əhalisinin sayına görə Rusiyanın altıncı ən böyük şəhəridir.






























