
Az.shafaqna.com xəbər verir ki, Gürcüstana birbaşa xarici investisiyalar azalıb.
Gürcüstanın Milli Statistika Xidmətinin ilkin məlumatlarına görə, 2025-ci ilin birinci rübündə ölkəyə cəlb olunan birbaşa xarici investisiyaların həcmi 179,4 milyon ABŞ dolları təşkil edib. Bu göstərici, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz azdır.
Statistika Xidmətinin məlumatında bildirilib ki, azalma əsasən səhmdar kapitalı və borc öhdəlikləri üzrə göstəricilərin enməsi ilə bağlıdır.
2025-ci ilin birinci rübündə səhmdar kapitalının həcmi 62,1 milyon ABŞ dolları olub və bu, ümumi birbaşa xarici investisiyaların 34,6 faizini təşkil edib. Reinvestisiya göstəricisi isə 150 milyon dollar səviyyəsində müəyyən olunub və onun ümumi investisiyalardakı payı 83,6 faiz təşkil edib.






























