Az.shafaqna.com-un verdiyi xəbərə görə, 2023-cü ilin oktyabrından İsrailin zərbələri nəticəsində Qəzza zolağında həyatını itirən fələstinlilərin sayı 54,9 minə yaxınlaşıb.
Bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi “Telegram” kanalında yazıb.
“2023-cü ilin oktyabrından Qəzzada gedən döyüşlərdə ölənlərin sayı 54 880 nəfərə çatıb, 126 227 nəfər yaralanıb”, – deyə nazirlik bildirib.
Nazirlik əlavə edib ki, son 24 saat ərzində Qəzzada 108 nəfər həyatını itirib, 393 fələstinli isə yaralanıb.
Bu məqaləni paylaş
