İtaliya sahillərində köməksiz qalan 85 miqrant xilas edildi

Az.shafaqna.com-un Azərtac-a istinadən verdiyi xəbərə görə, İtaliyanın sahil mühafizəsi xidmətinin patrul gəmisi 11 metrlik qayıqda köməksiz vəziyyətdə qalan 85 miqrantı xilas edib.

Məlumata əsasən, miqrantlar Siciliyanın cənubundakı Lampeduza adasındakı limana aparılıb. Banqladeş, Efiopiya, Somali, Misir, Sudan, Eritreya, Pakistan və Cənubi Sudandan olan miqrantların qayıqla Liviyanın Zaviyə şəhərindən yola düşdükləri bildirilib.

Miqrantlar Avropaya çatmaq üçün hər nəfərə 5000-8000 dollar ödədiklərini deyiblər.

Bu məqaləni paylaş