Az.shafaqna.com “TOLOnews”-ə istinadən xəbər verir ki, Əfqanıstanın cənub-qərbində yerləşən Nimruz əyalətinə hava zərbəsi endirilib.

Nəticədə azı 18 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.

Bu barədə yerli sakinlər və rəsmi mənbələr məlumat veriblər.

Qeyd edilir ki, dünyasını dəyişənlər arasında 8 uşaq və 7 qadın var.

Hava zərbəsinin kim tərəfindən endirilməsi barədə məlumat verilməyib.

Qeyd edək ki, Əfqanıstan ərazisində NATO və ABŞ hərbi kontingenti var və onlar həm hava, həm də quru əməliyyatları keçirirlər.