
İran İslam İnqilabının Ali Lideri Ayətullahül Üzma Seyid Əli Xameneinin Ərdəbil əyaləti üzrə nümayəndəsi Ayətullah Seyid Həsən Amili Ermənistanın Azərbaycana hücumunu pisləyən bəyanat verib.
Az.shafaqna.com xəbər verir ki, İran KİV bu bəyanatı yayıb.
Bəyanatda deyilir:
“Bağışlayan və Mehriban Allahın adı ilə
Təəssüflə Azərbaycan Respublikasının gəncləri və zabitlərinin Azərbaycan – Ermənistan rəsmi sərhəd bölgəsində yerləşən Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olması xəbərini aldıq.
Bununla bağlı beynəlxalq qanunlara zidd olaraq hücuma keçən Ermənistan hökumətinin şərarətini pisləyirik, və həmin məşum hücumun şəhidlərinin uca ruhuna salam və sələvat göndəririk, matəmli böyük Azərbaycan xalqı və ürək dağı görmüş ailələrlə həmdərd olduğumuzu bildirir, Allah Təaladan şəhidlərə ülvi məqamlar, ailələrə isə səbr diləyirik.
Azərbaycan Respublikasının müsəlman və bizimlə soydaş olan zabitləri və hərbiçilərinin qəsbkar ermənilər tərəfindən şəhid edilməsi bizim üçün ağır və kədərləndiricidir, bu şərarət işğalçı ermənilərin son şərarəti olsa da, onun sonuncusu olmayacaq, Azərbaycanın möhtərəm hökumətindən bu kimi cinayətlərin qarşısını almaq və pakların qanını qorumaq, Azərbaycan Respublikası əhalisinin isə izzət və müqəddəs qürurunun bərpası üçün lazımı və təcili tədbirlər görməsini intizar edirik.”






























