
Ən azı 100 yaşında olduğu güman edilən Efiopiyalı kişinin koronavirusdan müalicə olunub sağalması “inanılmaz” hadisədir, həkimlərdən biri BBC-yə deyib. Ailəsinə əsasən, Aba Tilahun Woldemichael-ın 114 yaşı var, lakin bu iddianı təsdiq edən doğum şəhadətnaməsi yoxdur. 80 yaşdan yuxarı insanlar virusun təsirinə daha həssas sayılır.






























